Azərbaycan prezidenti bankları real sektora daha çox kredit verməyə çağırıb
Azərbaycan bankları sosial məsuliyyətini anlamalı və iqtisadiyyatın real sektoruna daha çox kredit verməlidir. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsinə həsr edilmiş konfransda bildirib.
“Son illər bank sektoru güclü inkişaf edib Onlar böyüyüb və möhkəmlənib. Artıq iqtisadiyyatın real sektoruna daha çox kredit ayrılmasının vaxtıdır. Bu gün belə deyil. Bankların vəzifələrindən biri iqtisadi inkişafa təkan verməkdir” – deyə prezident qeyd edib.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyevin sözlərinə görə, bu gün bankların portfelinin 40%-i istehlak kreditlərdir. Uzun müddətli kreditlərlə bağlı risklər, tez qazanmaq həvəsi bankları uzun müddətli kreditlərə ehtiyatlı olmağa təhrik edir. Azad rəqabət olmadığı üçün inhisarlara yaxın olan bankların rəqiblərini kreditləşdirməyə həvəsi olmur. Bu fonda prezidentin sosial məsuliyyət çağırışı bazar iqtisadiyyatı prinsipinə ziddir, deyə Mehdiyev qeyd edib.
Vikipediyaya əsasən, iqtisadiyyatın real sektoru maliyyə-kredit və birja əməliyyatları istisna maddi və qeydi-maddi mal və xidmət istehsal edən iqtisadi sahələrin məcmuyudur.—15B--
-
- İqtisadiyyat
- 6 Fevral 2014 14:05
-
- Cəmiyyət
- 6 Fevral 2014 14:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz