Azərbaycan Rusiya ilə İran arasında qaz tranzit ölkəsi ola bilər
Moskva və Tehran Azərbaycandan İranın şimalına svop qaz tədarükünün təşkili imkanları və ölkənin cənubunda maye qaz zavodunun inşasını nəzərdən keçirir.
Bunu Bakıda jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
"Bu gün biz qaz sahəsində, həmçinin İranın cənubunda maye qaz zavodunun inşası mümkünlüyünü, bunanla yanaşı Azərbaycandan İranın şimalına svop qaz tədarükü perspektivli istiqamətini, eləcə də, müvafiq olaraq Cənub-Şərqi Asiya bazarlarına gedəcək ekvivalent həcmdə maye təbii qaz əldə etməyi nəzərdən keçirdik. Bildiyiniz kimi, perspektivdə orada daha yüksək qaz tələbatı tempi var", - deyə Novak bildirib.
Əvvəllər məlumat verildiyi kimi, "Qazprom" İranın qaz sahəsinin inkişaf sxemini hazırlamaqda, hasilat layihələrində iştirak və maye qaz zavodu tikintisində maraqlıdır. –0--
-
- İqtisadiyyat
- 10 Avqust 2016 11:12
-
- İqtisadiyyat
- 10 Avqust 2016 11:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz