Azərbaycan Sənaye Bankında əmanətlər üç dəfə artıb
Bu ilin I yarısında "Azərbaycan Sənaye Bankı" ASC-nin aktivləri 45% artaraq 235,89 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 7,6% artaraq 92,39 mln manat olub.
Bankın ümumi öhdəlikləri 125,55 mln-dan 197,03 mln manata artıb. Depozit portfeli 75,7% genişlənərək 100,57 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 3,1 dəfə artaraq 74,85 mln manat olub.
Balans kapitalı 4,7% artaraq 38,86 mln manat, məcmu kapital 6,6% artaraq 33,78 mln manat olub. Ödənilmiş nizamnamə fondu 28 mln manat səviyyəsində qalıb. Bankın gəlirləri 3,3% azalaraq 8,9 mln manat, xərcləri 10,2% artaraq 6,49 mln manat olub. Vergi ödəniləndən sonra xalis mənfəət 5,6% azalaraq 2,4 mln manat təşkil edib. --15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz