Azərbaycan, Türkiyə və Balkan ölkələrinin energetika nazirləri İstanbulda qaz kəməri layihələrini müzakirə edəcəklər
Azərbaycanın energetika naziri Natiq Əliyev Türkiyəyə işgüzar səfər edəcək, nazirlikdən məlumat verilib.
“N.Əliyev 9-13 okrtabr tarixlərində İstanbulda keçiriləcək XXIII Beynəlxalq Enerji Konqresində iştirak edəcək. Səfər Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrakın dəvəti ilə həyata keçəcək”, - deyə məlumatda deyilir.
Konqresin işində Türkiyə prezaidenti Rəcəb Tayyip Ərdoğan, baş nazir Binəli Yıldırım, dünyanın 80 ölkəsindən 266 nümayəndə iştirak edəcək.
“Yeni sərhədlərə çıxış” mövzusuna həsr olunan Konqres çərçivəsində 60 toplantı keçiriləcək
Tədbir çərçivəsində həmçinin N.Əliyevin Balkan regionu ölkələrinin energetika nazirləri ilə görüşü planlaşdırılıb.
«Türkiyə, Yunanıstan, İtaliya, Albaniya nazirləri ilə görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması və bu layihənin zamanında başa çatması ilə baölı aktual məsələlər müzakirə olunacaq”, - deyə nazirlik bildirir.
İstanbulda “Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz -2” qazının türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur. –12D—
-
- Cəmiyyət
- 10 Oktyabr 2016 13:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz