Azərbaycan Xəzərin dibində seysmik stansiyalar quraşdıracaq
Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Xəzərin Azərbaycan sektorunda seysmik stansiyaların qurulması üzrə işlərə başlayıb. Bu barədə RSXM-in mətbuat xidmətindən məlumat verilib.
Bununla əlaqədar Amerikanın “Kinemetriks” şirkətinin nümayəndələri Bakıya gəliblər. Onlar RSXM-in rəhbəri Qurban Yetirmişlinin müşayiətilə seysmik stansiyaların qurulacağı dəniz platformalarında olublar.
Yaxın aylarda seysmik stansiyalar “Ümid”, “Bahar” və “Günəşli” neft-qaz yataqlarında qurulacaq. İlkin mərhələdə stansiyaların montajında amerikalı mütəxəssislər iştirak edəcəklər. Gələcəkdə bu tip stansiyaların qurulması ilə Mərkəz əməkdaşlarının özlərinin məşğul olacağı nəzərdə tutulur. Mənbə qeyd edib ki, hazırda MDB ölkələrinin heç birində bu cür seysmik stansiya yoxdur.
Stansiyanın hansı işləri yerinə yetirəcəyi açıqlanmır. Lakin çox güman ki, seysmik aktivliyi müşahidə etmək üçün nəzərdə tutulub. Eyni zamanda belə stansiyalar ikiqat funksiyanı yerinə yetirə bilər. -02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz