Azərbaycan yoğurt ixrac edir
2014-cü ildə Azərbaycanın ixrac etdiyi mallar sırasında yoğurt da olub və onun hamısını (491 ton) Əfqanıstan alıb.
Gömrük Komitəsinin məlumatına görə, yoğurt ixracından $1 mln 94,8 min gəlir əldə edilib. Başqa sözlə, 1 kq yoğurt xaricdə $2,23-a satılıb.
Maraqlıdır ki, bu malın 1 kq-ı ölkəyə 1,50$-a idxal edilir. Əsas tədarükçülər RF (2651,8 ton), Belarus (141,7 ton) və Ukraynadır (42,9 ton). Ötən il bu məhsulun idxalı 15% artaraq 2 min 859 ton təşkil edib.
Mütəxəssislər bildirir ki, Azərbaycanda yoğurtun aylıq istehlak həcmi 1000 tondur. “Milla” markası ilə yeganə istehsalçı “AZFP Co ltd” şirkətidir. Ötən il “Atena” MMC “Danone” şirkəti ilə birgə yoğurt istahsalına başlayıb. Amma tezliklə istehsal dayandırılıb. “Danone” MMC-də Turan-a deyiblər ki, yeni avadanlıq alıb quraşdırandan sonra bu il istehsal bərpa oluna bilər.
Dövlətstatkoma görə, 2014-cü ildə Azərbaycanda 35 218,8 ton qatılaşdırılmış və maye yoğurt istehsal edilib. 08B
-
- Cəmiyyət
- 5 Mart 2015 11:49
-
- İqtisadiyyat
- 5 Mart 2015 12:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz