![Azərbaycana pul köçürmələri azalıb](https://turan.az/resized/media/2016/main/022400147903-750-500-resize.webp)
Azərbaycana pul köçürmələri azalıb
Ötən il Azərbaycana pul köçürmələri azalıb.
Mərkəzi Bankın (AMB) saytında verilən məlumata görə, 2015-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 mlrd 183 mln təşkil edib. Bu, 2014-cü ilin göstəricisindən bir dəfə yarım azdır. O vaxt Azərbaycana pul köçürmələri $1 mlrd 709 mln təşkil edib. Bu göstərici əsasən MDB ölkələrində və Türkiyədəki miqrantlarımızın gəlirlərinin azaldığını göstərir. --17D—
-
- İqtisadiyyat
- 24 Fevral 2016 19:21
-
- Söz istəyirəm
- 25 Fevral 2016 10:34
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Rəy yaz