Azərbaycanda 10 mln kredit tarixçəsi var
2015-ci ilin I rübündə Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) 9 mln 483 min 441 kredit tarixçəsi barədə informasiya olub. Bu, istehlak kreditlərinin sürətlə artdığını göstərir (bir il əvvəl 6 mln 523 min 15, 1 yanvar 2013-cü ildə 4 mln 249 min 977).
AMB-nin məlumatına əsasən, MKR-də 2 mln 389,292 min borcalan (əmək qabiliyyətlin əhalinin 52%-i) olub. Ötən il bu göstərici 1 mln 952 min 996 idi. 2015-ci ilin I rübündə Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) göndərilən sorğuların sayı 853,284 min təşkil edib (ötən ilin 1 rübündə 618 min 979).
Ötən il reyestrə 3 mln 243 min 77 sorğu (2013-cü ildə 2 mln 306 min 480) daxil olub. --17D—
-
- Siyasət
- 6 May 2015 13:13
-
- İqtisadiyyat
- 6 May 2015 14:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz