SKMF-nin Sabunçu rayonundakı prioritet sahələri
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Sabunçu rayonunda sahibkarların maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyən edib.
Fondun məlumatına görə, burda ixtisaslaşdırılmış "yaşıl market"in, istixana təsərrüfatlarının yaradılmasını, ət kəsimi müəssisəsinin, makaron, dondurma və şirniyyat istehsal edən müəssisələrin yaradılması üzrə layihələrin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
Sahibkarlar fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln manat məbləğində güzəştli kredit verilib. --17D—
-
- İqtisadiyyat
- 6 May 2015 13:57
-
- İqtisadiyyat
- 6 May 2015 14:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz