FINOKO nizamnamə kapitalını artırır
FINOKO qeyri-bank kredit təşkilatı bu il nizamnamə kapitalını artıran ilk QBKT oldu.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, emissiya prospekti AZ1001019467 ISIN kodu ilə qeydiyyata alınıb. Emissiya prospekti uğurla ödənilsə, nizamnamə kapitalı 700 min manat (nominalı 10 manat olan 70 min səhm buraxılıb) artacaq.
Hələlik FINOKO ASC-nin nizamnamə kapitalı 300 min manatdır. QBKT-nin səhmdarları iki fiziki şəxsdir. --17D—
-
- İqtisadiyyat
- 6 May 2015 14:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz