Kənd Təsərrüfatı Nazirliyinin 8 müəssisəsi özəlləşməyə açıqdır
Nazirlər Kabinetinin 17 aprel №111 qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin 8 müəssisəsi özəlləşməyə açıqdır.
Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılır ki, onların özəlləşdirilməsi II Dövlət Özəlləşmə Proqramına uyğun aparılsın.
Qeyd edək ki, investisiya müsabiqəsi ilə Şəki İpək Kombinatı özəlləşdirilib. Çoxsaylı barama qurutma məntəqələri pul hərracında satılıb. Azərbaycanda ipəkçilik dərin durğunluq içindədir.
Həmin sənədlə KTN-in 3 təsərrüfat hesablı müəssisəsi ləğv edilib. Bunlar "Azərdamazlıq" Respublika İstehsalat-Elm Birliyi, Layihə Kontoru və Təmir-Tikinti İdarəsidir.
Nazirlər Kabineti dövlət kənd təsərrüfatı müəssisələrini ərazi prinsipi ilə birləşdirir. 34 müəssisənin bazasında 24 dövlət müəssisəsi yaradılıb. 2013-cü ildə Nazirlər Kabinetinin açıqlanmayan sərəncamı ilə KTN-in iki kənd təsərrüfatı müəssisəsi kənar şəxslərə verilib, birinin bazasında özəl təsərrüfat yaradılıb.
Nazirlər Kabinetinin №112 qərarı ilə KTN-in strukturuna daxil olmayan müəssisə və təşkilatların siyahısı təsdiq edilib. Bunlardan 112-i dövlət büdcəsindən maliyyələşir, 28-i təsərrüfta hesablıdır. 08D
-
- İqtisadiyyat
- 6 May 2015 14:40
-
- Siyasət
- 6 May 2015 15:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz