Azərbaycanda elektron imza istifadəçilərinin sayı 36 minə çatıb
Milli Sertifikat Xidmətləri Mərkəzinin məlumatına görə, 2015-ci ilin avqust ayında verilən elektron rəqəmsal imzaların ümumi sayı iyulla müqayisədə 2,3 faiz artaraq 35 915 ədəd təşkil edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 21 795 ədəd düşüb, 6 385 ədəd hüquqi şəxslərə, 7 735 ədəd isə vətəndaşlara verilib.
"Elektron hökumət" portalında (e-gov.az) təsdiq edilmiş elektron xidmətlərin sayı 454 ədəd təşkil edir və portalda 335 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı isə 482 ədəd təşkil edir.
Portala çıxış ERİ, identifikasiya məlumatı, login və parol, eləcə də mobil sistem autentfikasiyası ilə mümkündür. --17D—
-
- Cəmiyyət
- 10 Sentyabr 2015 17:25
-
- İqtisadiyyat
- 10 Sentyabr 2015 17:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz