Büdcə strukturları EVRASCON-un işinə görə ödəniş etmir
“EVRASCON Avro-Asiya tikinti korporasiyaı” ASC-nin əmək haqlarının gecikməsi küçəyə sıçrayıb. Şirkətin işçiləri sentyabrın 9-da Ələt-Astara avtomobil yolunu bağlayıblar və bu ilin iyun ayından ödənməyən əmək haqlarının dərhal ödənməsini tələbi ilə Salyan rayonunda aksiya keçiriblər.
EVRASCON-un Müşahidə Şurasının üzvü Namiq Kərimli Turan-a bildirib ki, problemlər büdcə təşkilatlarının podrat müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən yaranıb. Bu, əsasən Nəqliyyat Nazirliyi və “Meliorasiya və Su Təsərrüfatı” ASC-dir.
EVRASCON korporasiyasında 4000-dən çox işçi çalışır, hər birinin əmək haqqı 500 manatdan artıqdır. Beləliklə, əmək haqqına görə borclar 6 mln manatdan az deyil.
Namiq Kərimli bildirib ki, şirkətin digər maliyyə problemi yoxdur. Xarici avtonəqliyyat layihələrinin (Qazaxıstan, Özbəkistan və Moldova) reallaşdırılmasında da problem yoxdur. 08B
-
- İqtisadiyyat
- 10 Sentyabr 2015 17:32
-
- Cəmiyyət
- 10 Sentyabr 2015 17:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz