Azərbaycanda «Premium Euro-95» markalı benzin bahalaşıb
Ötən gecə Azərbaycanda “Premium Euro-95” markalı benzinin qiyməti 10%, yəni, 1 litrə görə 95 qəpikdən 1,05 manata qalxıb.
Gecə saat 12:00-da bütün yanacaqdoldurma məntəqələrində qiymətlər dəyişib ki, bu da sürücülər arasında ajiotaj yaradıb. Onlar bütün növ benzinin bahalaşdığını sanıblar.
Qiymət artımı barədə rəsmi məlumat yoxdur və bu qərarı hansı qurumun qəbul etdiyi məlum deyil.
Ekspertlərin sözlərinə görə, “Premium Euro-95” markalı benzin idxal olunur, ona görə də onun qiyməti valyutanın məzənnəsindən asılıdır. Nəzərə alsaq ki, manat iki dəfədən çox dəyərdən düşüb, idxal olunan yanacağın da qiyməti artmalıdır.
Ancaq məlum deyil ki, niyə hər növ neft məhsulları istehsal edən Azərbaycan “Premium” benzini istehsal edə bilmir. -02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz