«Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarından xammal ixracının həcmi bəllidir
2016-cı ildə Azərbaycan sutkada orta hesabla 650 min barel Azeri Light markalı neftin ixracını planlaşdırır. Bu barədə Turan-a SOCAR-dakı məlumatlı mənbədən bəlli olub.
Azeri Light nefti “Azəri-Çıraq-Günəşli” yatağında hasil edilir. Həmçinin “Şahdəniz” yatağından hasil edilən kondensat bu marka altında
satılır.
Qeyd edək ki, ötən həftə Azeri Light neftinin qiyməti bir barelə görə $36,11 olub ki, bu da əvvəlki həftənin analoji göstəricisindən $1,46 azdır.
Azeri Light nefti Türkiyənin Ceyhan, Gürcüstanın Batumi və Supsa limanları vasitəsilə ixrac edilir. Neft Ceyhana BTC, Gürcüsrana isə Bakı-Supsa boru kəmərlərilə, eləcə də dəmir yolu ilə
çatdırılır. –12В--
-
- İqtisadiyyat
- 12 Yanvar 2016 12:14
-
- Siyasət
- 12 Yanvar 2016 12:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz