«Azerispace-2» peykinin hüquqi məsləhətçisi müəyyən edilib
«Milbank, Tweed, Hadley & MCCloy» beynəlxalq hüuqu şirkəti «Azerkosmos» ASC-nin «Azerispace-2» peykinin hazırlanması və işlənməsinə dair hüquqi məsləhətçisi olub.
Səhmdar cəmiyyətin məlumatında deyilir ki, tərəflər arasında 300 min dollarlıq xidmətin göstərilməsinə dair müvafiq müqavilə imzalanıb.
«Azerkosmos» ASC hüquq məsləhətçisin ikinci telekommunikasiya peyki olan «Azerispace-2» üçün orbital mövqeyin müştərək istifadə edilməsinə dair müqavilələrin tərtib edilməsi, peykin layihələşdirilməsi, orbitdə istismarı mərhələsində texniki və digər əməkdaşlıqlar, həmçinin peyk tutumunun kommersiyalaşdırılmasına dair müqavilələrin tənzimlənməsi üçün cəlb edib.
Bir qədər əvvəl verilən məlumata görə, ikinci telekommunikasiya peyki olan «Azerispace-2»nin orbitə buraxılması 2017-ci ilə planlaşdırılıb.
Ilk telekomminikasiya peyki olan «Azerspace-1» 2013-cü ilin fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərgində, Fransa Qvianasında) buraxılıb.
«Azerkosmos» ASC» Azerspace-1»nin istismarından 420 mln dollar təmiz gəlir əldə etməyi gözləyir. --17D—
-
- İqtisadiyyat
- 8 Noyabr 2014 13:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz