Azmeco Londonda $ 1 mlrd. həcmində istiqraz buraxmağı planlaşdırır
Böyük Britaniyanın PRNewswire agentliyinin yaydığı məlumata görə, Azərbaycanın aparıcı özəl neft-kimya müəssisələrindən biri olan Azmeco metanol şirkəti çərşənbə günü bəyan edib ki, Londonda istiqraz buraxılşı yoluyla $ 1 mlrd. cəlb etməyi planlaşdırır.
Şirkətin qiymətli kağızları investorlar tərəfindən fərdi qaydada təklif ediləcək, lakin London fond birjasında açıq hərraca da çıxarıla bilər.
Qeyd edək ki, bu məlumat şirkətin sahibi Nizami Piriyevin Bakıda saxlanmasından və ona qarşı dələduzluq ittihamı ilə cinayət işinin açılmasından bir gün sonra yayılıb. N. Piriyev Beynəlxalq Banka kreditlərini qaytarmadığına görə həbs olunan oliqarxlardan biridir.
Azmeco sahibinin oğlu, şirkətin baş direktoru Nəsib Piriyev bildirib ki, şirkətin yenidən maliyyələşdirilməsi üçün beynəlxalq investorlarla danışıqlar aparılır.
“Londonda əldə olunan vəsait biznesin dəstəklənməsinə və bizim Azərbaycan Beynəlxalq Bankına olan kredit borcunun ödənilməsinə yönələcək”, - o bildirib və qeyd edib ki, Beynəlxalq Bankın dəstəyi Azmeco-nun uğurları üçün həlledici əhəmiyyət daşıyıb.
*Azmeco regionda metanol istehsal edən böyük müəssisədir və onun 700 min ton gücündə zavodu 2014-cü ildə Bakının yaxınlığında istismara verilib. Zavod fəaliyyət göstərdiyi vaxtdan 180 000 ton metanol istehsal edib ki, bu da qonşu ölkələrə satılır.-02В-
-
- İqtisadiyyat
- 14 May 2015 13:51
-
- Siyasət
- 14 May 2015 15:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz