Bakıda 50 mərtəbəli biznes mərkəzi tikiləcək
bakıda ən hündür Flame Towers kompleksinin sahibi Heydər Əliyev prospektində 50 mərtəbəli biznes mərkəzi tikəcək. Layihə artıq razılaşdırılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakı ŞİH “Azinko Holding” və “Azvil Tikinti” MMC-yə 3000 m2 ərazidə 50 mərtəbəli bina tikməyə icazə verib. Binanın ümumi sahəsi açıqlanmır. Tikinti üçün Heydər Əliyev pr.,109 ünvanında 1 ha sahə ayrılıb.
Layihəçi “Mazeron Mimarlık Dekorasyon Tekstil TİC.A.Ş.” və “ARXİN-M LTD” MMC-dir.
Hazırda Bakıda ən yüksək bina Flame Towersdir – 39 mərtəbəli kompleksin hündürlüyü 190 metrdir. Kompleksi 2007-2012-ci illərdə Azərbaycan-Türkiyə “DİA Holding” şirkəti «Moskva» otelinin yerində “Azinko Holding” MMC-nin sifarişi ilə tikib.
“Azinko Holding” MMC 2006-cı ildə yaradılıb və 5 şirkətdən ibarətdir (“KLASS AZ KO” , “XƏZƏR AZ KO”, “SAHİL AZ KO”, ”AZ-İN-KO” MMC və “REGİONAL İNŞAAT”). Yerli KİV yazır ki, holdinq hakim ailəyə məxsusdur. Şirkətlərin hamısının hüquqi ünvanı eynidir – Bakı, Zərifə Əliyeva, 3. Həmin ünvanda “AZENCO Group”, “Azərbaycan Sənaye Bankı”, “Azərbaycan Sənaye Sığorta” və s yerləşir. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz