Bakcell-in beynəlxalq balansartırma xidmətinin aktiv olduğu ölkələrin siyahısı genişlənib
Bakcell şirkəti beynəlxalq balansartırma xidmətinin aktiv olduğu ölkələr siyahısına Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəni əlavə edib. Ötən ildə istifadəyə verilən “Beynəlxalq Balansartırma Layihəsi” sayəsində Azərbaycandan kənarda olarkən asanlıqla Bakcell nömrəsinin balansını artırmaq mümkündür.
Şirkətin press-relizində deyilir ki, istər rouminqdə olan Bakcell abunəçilərinə, istərsə də başqa ölkələrdə işləyən və çalışan həmvətənlərimizə müxtəlif bank filialları və pos-terminallar vasitəsilə ödəniş aparmaq imkanı verən bu xidmət Azərbaycanda ilk dəfə Bakcell şirkəti tərəfindən həyata keçirilib.
Balansı Bank filialları, Bankomatlar (ATM), Ödəmə terminalları,Nağd pulun qəbulu aparatları və Bakcell Tərəfdaşlarının ödəmə məntəqələrində artırmaq mümkündür. --17D—
-
- İqtisadiyyat
- 10 Aprel 2014 14:33
-
- Siyasət
- 10 Aprel 2014 14:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz