Peşəkar sayt və Wi-Fi şəbəkə sındıranlara MacBook Pro verilib
Park Inn otelində komanda yarışının finalı keçirilib. Məqsəd kompüter sistemlərinə hücum və onları qorumaq olub. Təşkilatçı Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, R.I.S.K və Delta Telecom şirkətinin dəstəyi ilə Hackathon Azerbaijan şirkətidir.
Komandalar yarışda proqramlaşdırma sahəsi, web-təhlükəsizlik, şəbəkə təhlükəsizliyi, kriptoqrafiya ilə bağlı bilik və təcrübələrini sınaqdan keçirmişlər. Ən çətin tapşırıq kriptoqrafiya ilə bağlı olub. Onun öhdəsindən 26% gələ bilib.
8 tapşırığın hamısını yerinə yetirən 3 komanda təltif edilib. Arif Şəmistanlı, Ramal Hacıtaliyev və Emil Quliyev MacBook Pro əldə edib. --17D—
-
- Cəmiyyət
- 10 Aprel 2014 13:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz