"Bakı Sığorta"nın nizamnamə kapitalı 8,3 mln manatı keçəcək
"Bakı Sığorta" şirkəti nizamnamə kapitalını üçdə bir – 8 mln 373,78 min manata artırır.
Bakı Fond Birjasından verilən məlumata görə, bu gündən 1 mln 849,94 min manatlıq səhmlər yerləşdirilir. Əlavə emissiya nominalı 760 manat olan 2 min 434 səhmdən ibarətdir.
Anderrayter "ChelseaCapital" MMC-dir.
«Bakı Sığorta» 1997-cü ildə fəaliyyətə başlayıb.
Şirkətin səhmdarları Bank Respublika, 3 hüquqi şəxs və 2 fiziki şəxsdir.
Ödənilmiş nizamnamə fondu hələ 6 mln 523 min manatdır. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz