Bakı-Tbilisi-Ceyhan kəməri ilə 2 mln 488 min 139 ton tranzit nefti nəql edilib
2015-ci ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln 488 min 139 ton tranzit nefti nəql olunub.
Bu barədə Turan-a SOCAR-da məlumat veriblər.
Qeyd edək ki, yanvarda ВТС ilə 602,066 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.
Fevralda nəql edilən tranzit neftinin 380,5 min tonu Türkmənistan və 247,022 min tonu Qazaxıstan neft olub.
Martda ВТС ilə 300,333 min ton Türkmənistan və 374,5 min ton Qazaxıstan neft nəql edilib. Apreldə 233 718 ton Qazaxıstan və 350 min ton Türkmənistan nefti nəql olunub.—12В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz