Bakı üçün daha çox məhsul
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qaradağ rayonunda sahibkarlar üçün seminar keçirib.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Qaradağ rayonu üzrə məqsədəuyğun sahələr müasir ət kəsimi müəssisəsinin yaradılması; kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması; müasir çörək zavodunun yaradılması hesab edilir.
Bu gündən subyektlər müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Ətraflı məlumat üçün telefon (012) 434-74-29, faks (012) 432-37-17.
SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2012-ci ildə Fond 2400 layihəyə 218 mln manat güzəştli kreditlər verib. 2013-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 250 mln manata çatacaq. --17D—
-
- İqtisadiyyat
- 3 İyun 2013 16:21
-
- İqtisadiyyat
- 3 İyun 2013 16:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz