Arxiv
Bakıda arıçılıq məhsullarının sərgi-yarmarkası keçiriləcək
Oktyabrın 15-də AMAY ticarət mərkəzinin ikinci mərtəbəsində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə arıçılıq məhsullarının sərgi-yarmarkası keçiriləcək. Son iki ildə olduğu kimi, qiymətlər sərbəst olacaq.
Sərgidə 400-dək arıçı iştirak edəcək. Oktyabrın 4-ü üçün qeydiyyata alınan 270 iştirakçı sərgidə 100 ton bal və arıçılıq məhsulları satmağı planlaşdırır, deyə KTN Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Turan-a bildirib.
Bu il cənub və mərkəzi rayonlarda arıçılıqda məhsuldarlıq azalıb. Buna səbəb yazda (leysan) və yaydakı (quraqlıq) əlverişsiz hava şəraitidir. Ona görə bal ucuzlaşmayacaq, ən yaxşı halda ötən ilki qiymətə – 1 kq-ı 20 manata olacaq.
Arıçılıq məhsullarının sərgisi 15 noyabrda başa çatacaq.
Dövlətstatkomun məlumatına görə, 2007-ci illə müqayisədə 2015-ci ildə arı ailələrinin sayı iki dəfə artaraq 251 minə çatıb. 2015-ci ildə 2,6 min ton bal istehsal edilib. Bu, 2014-cü ildəkindən 200 ton çoxdur və 1913-cü ildən bu yana ən yüksək göstəricidir. 08B
-
- Cəmiyyət
- 7 Oktyabr 2016 15:43
-
- İqtisadiyyat
- 7 Oktyabr 2016 16:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz