Bakıda Azərbaycan-ABŞ işgüzar görüşü keçiriləcək
Noyabrın 19-da Amerika Birləşmiş Ştatlarının iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-ABŞ işgüzar görüşü keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumata görə, görüşdə tikinti, energetika, İKT, kimya, qida sənayesi, təhsil, mühəndislik, yanğınsöndürmə texnologiyaları, tibbi avadanlıqların istehsalı, əczaçılıq, aviasiya, nəqliyyat, inşaat üçün maşın və texnologiyalar, kosmetik və yuyucu məhsulların istehsalı və digər sahələrdə fəaliyyət göstərən 15 ABŞ şirkəti iştirak edəcək.
Ötən ilki biznes forumunda (Bakı, 25 noyabr) iki ölkənin 70-dək şirkəti iştirak edirdi.
Təşkilatçılar AZPROMO və ABŞ-Azərbaycan Ticarət Palatasıdır (USACC).
Gömrük Komitısinin məlumatına görə, 2015-ci ilin 9 ayında Azərbaycanla ABŞ arasında əmtəə dövriyyəsi $935,3 mln təşkil edib. Bu, 2014-cü ilin eyni dövründəkindən 5,3% çoxdur. Azərbaycandan ixracat ($263 mln) 41,6% azalıb, ABŞ mallarının idxalı ($672,3 mln) 53,5% artıb. 08D
-
- İqtisadiyyat
- 16 Noyabr 2015 15:13
-
- İqtisadiyyat
- 16 Noyabr 2015 17:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz