Vergilər Nazirliyi kiçik sahibkarlar hesabına vergi bazasını genişləndirir
Azərbaycanda vergi bazası genişləndirilir. Bunun üçün Vergilər Nazirliyi «Elektron cinayət işi» sisteminin tətbiqi üzrə qanunvericiliyə dəyişiklik hazırlamalıdır.
“Bununla yanaşı, vergidən yayındırılan dövriyyələrin aşkar olunması ilə əlaqədar mənəvi cəhətdən köhnəlmiş nəzarət-kassa aparatlarının daha müasir avadanlıqlarla əvəz edilməsi üzrə təkliflərin verilməsi, əhalinin nağd ödənişlər zamanı çek tələb etmələri üçün stimullaşdırıcı tədbirlərin (lotereyalar, bonus kampaniyaları və s.) həyata keçirilməsi planlaşdırılır », - deyə nazirlik bildirir.
Vergi potensialının qiymətləndirilməsi və proqnozlaşdırılması modelləri sisteminin tətbiqi, onun müvafiq proqram paketi ilə təmin olunması, vergi orqanları tərəfindən nəzarət edilməsi nisbətən çətin olan peşələr üzrə (ev təmiri ilə məşğul olan ustalar, bağbanlar, dayələr, ev qulluqçuları və digər oxşar peşələr), habelə digər sahələrdə vergidən yayınma hallarının minimuma çatdırılması məqsədilə ictimai nəzarətin gücləndirilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi istisna olunmur.. --17D—
-
- İqtisadiyyat
- 16 Noyabr 2015 14:18
-
- İqtisadiyyat
- 16 Noyabr 2015 15:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz