- İqtisadiyyat
- 16 Noyabr 2015, 17:00
- 150
Bakıda Alman-Azərbaycan İqtisadi Forumu keçiriləcək
Alman-Azərbaycan Xarici Ticarət Palatası 23 noyabr 2015-ci il tarixində şirkətləri Ağ Şəhərdə Bakı Boulevard Hotelində keçiriləcək 15-ci Alman-Azərbaycan İqtisadi Forumuna dəvət edir.
Forum Almaniya Federativ Respublikasının İqtisadiyyat və Enerji Federal Nazirliyinin nümayəndəsinin rəhbərliyi ilə alman müəssisələrin Azərbaycana və Türkmənistana səfəri ilə əlaqədar olaraq təşkil edilir.
Rəsmi açılış mərasimindən sonra aşağıdakı mövzularda iki dəyirmi masa danışıqları təşkil olunacaq: 1) tikinti və maşınqayırma. 2) neft-qaz və kimya sənayesi.
Dəyirmi masa danışıqlarından sonra Almaniya və Azərbaycan müəssisələri arasında neft- qaz, maşın və avadanlıq, tikinti və tikinti materialları, ətraf mühit sahələrini təmsil edən şirkətlərlə ikitərəfli görüşlər baş tutacaq. Bu görüşlərdən yeni biznes imkanları əldə etmək, yeni layihələr tanımaq, şəbəkənizi güclü əməkdaşlıq və lazımlı tərəfdaşlar ilə genişləndirmək üçün istifadə etməniz xahiş olunur.
Tədbirdə iştirak ödənişsizdir. Tədbir alman dilində keçiriləcək və Azərbaycan dilinə tərcümə olunacaq. Tədbirə qeydiyyat 19 noyabr 2015-ci il tarixinə qədərdir. Əlavə məlumat üçün bizə (Email: events@ahk-baku.de, Tel: +994 12 4483995) müraciət etməyinizi xahiş edirik.—0--
-
- İqtisadiyyat
- 16 Noyabr 2015 15:31
-
- Siyasət
- 16 Noyabr 2015 17:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz