Bakıda Azərbaycan-Litva biznes forumu keçiriləcək
Aprelin 9-da Bakı Biznes Mərkəzində Azərbaycan-Litva biznes forumu keçiriləcək. Azərbaycanlı sahibkarlarla görüşmək üçün bir neçə özəl şirkətin, həmçinin Klaypeda Azad İqtisadi Zonanın nümayəndələri Azərbaycana gələcəklər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Turan-a bildirilib ki, forumda Litva tərəfdən təhsil, tikinti, maliyyə, İKT, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, suyun təmizlənməsi, avtomobil daşımaları, logistika, ticarət üçün avadanlıq istehsalı, avtomobil hissələrinin satışı və digər sektorları təmsil edən nümayəndələr iştirak edəcəklər.
Azərbaycan və Litva işgüzar dairələri arasında görüşlər 2008-ci ildən keçirilir. Sonuncu dəfə belə forum Vilnüsdə prezident İlham Əliyevin rəsmi səfəri çərçivəsində keçirilib. Azərbaycan KİV-i bildirib ki, yerli oliqarxların Litvada biznes maraqları var.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi $24 mln. təşkil edib ki, bu da ötən ildə olduğundan 4% azdır. Litvaya Azərbaycan ixracı 47% azalaraq $2,7 mln. təşkil edib. Litvadan $21,3 mln. həcmində mal göndərilib. Bu 2011-ci ilin göstəricisini 6,5% üstələyib. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz