Bakıda Azərbaycanla İraq arasında müntəzəm uçuşların yerinə yetirilməsi perspektivləri müzakirə edilib
Bakıda Azərbaycanla İraq aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini və Azərbaycan və İraq arasında müntəzəm sərnişin və yük uçuşlarının yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər.
Görüşdə hər iki ölkənin təyin edilmiş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər. İraqın mülki aviasiya nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyəti ilə tanış olub.
Hazırda Bakıdan Bağdada və Ərbilə müntəzəm reysləri Ərəb Hava Yolları yerinə yetirir. 08D
-
- İqtisadiyyat
- 19 Oktyabr 2016 14:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz