Rusiyanın hesabına Azərbaycandan meyvə-tərəvəz məhsullarının ixracı üçdə bir artıb
Bakıda “Qeyri-neft ixracı: bu günün çağırışları və yeni imkanlar” mövzusunda konfrans keçirilib.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, Azərbaycanda istehsal olunan meyvə-tərəvəz məhsullarının 90%-i Rusiyaya ixrac olunur.
«Rusiyaya meyvə idxalının 2,7%-i, tərəvəz idxalının isə 3,5%-i Azərbaycanın payına düşür", - deyə S.Talıbov qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarında keyfiyyətli məhsul kimi tanınır və baha qiymətə satılır.
Nazir müavini deyib ki, ölkəmiz bu ilin 9 ayında kənd təsərrüfatı məhsullarının ixrac həcmini 31,9% artırıb. İxrac olunan kənd təsərrüfatı məhsullarının 90%-i meyvə və tərəvəzin payına düşür, - deyə S.Talıbov bildirib. --17D—
-
- Cəmiyyət
- 19 Oktyabr 2016 13:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz