Bakıda İran kartofundan Rusiya üçün çips hazırlanacaq
İran və Azərbaycan birgə istehsalar qurmaq və üçüncü ölkələrə məhsul ixrac etmək niyyətindədir. Bu bəyanatı bu gün Bakıda Azərbaycanda səfərdə olan İranın Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş verib.
Nümunə kimi o, Ərdəbilin Bakıya kartof ixrac edə biləcəyini, burada birgə müəssisədə ondan çips hazırlanaraq Rusiyaya ixrac edilə biləcəyini qeyd edib.
Bundan başqa, Ərdəbil müəssisələrinin Azərbaycana müxtəlif mal və materiallar, o cümlədən taxta məmulatlar ixrac edə biləcəyini deyən Xudabəxş məhz hansı materiallardan söhbət getdiyini açıqlamayıb.
Daha sonra o, siyasət məsələlərinə keçib, İranın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildirib.
Bundan əvvəl Xudabəxşi dövlət başçısı İlham Əliyev qəbul edib və İran nümayəndə heyəti Sumqayıta baş çəkib. -02D-
-
- İqtisadiyyat
- 19 Oktyabr 2016 17:29
-
- Cəmiyyət
- 19 Oktyabr 2016 18:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz