Bakıda MDB ölkələri V bank konfransı açılıb
Noyabrın 15-də Bakıda MDB ölkələrinin MDB-nin maliyyə bazarları: yeni imkanlar və qlobal risklər» ikigünlük V Bank Konfransı öz işinə başlayıb..
Konfransın açılışında MDB-nin Maliyyə-Bank Şurasının Koordinasiya Şurasının sədri Anatoli Kazakov bildirib ki, MDB maliyyə strukturları arasında inteqrasiyanı gücləndirmək üçün Maliyyə-Bank Şurası Maliyyə-Bank İttifaqına çevrilməlidir. "Qarşılıqlı ticarətin və investisiyaların dərinləşməsi MDB məkanında vahid valyutaya keçidi stimullaşdırır. Moskvadakı Beynəlxalq Maliyyə Mərkəzi bu prosesdə mühüm rol oynayır. hələlik ilkin mərhələdə MDB-nin maliyyə mərkəzi qismində çıxış edəcək. Bakı, Alma-Atı və Kiyevdə regional mərkəzlər yaradılmalıdır. Buna vaxt lazımdır, 2020-ci ilə kimi belə Mərkəz yarana bilər”.
Forumda MDB, Asiya, Avropa, Abş-dan maliyyə institutlarının 200-dən çox nümayəndəsi iştirak edir.
Bundan başqa, konfrans çərçivəsində keçiriləcək plenar iclaslarda hazırda davam edən qlobal böhran şəraitində MDB maliyyə bazarlarının dayanıqlığının ehtiyatlarını artırmaq, investisiya sahəsində MDB ölkələrinin bir-biri ilə və Vahid iqtisadi məkana üzv olan ölkələrlə əməkdaşlıq perspektivləri, Xəzəryanı maliyyə bazarlarının potensialı və inteqrasiya perspektivləri, islam bankçılığı və s. məsələlər ətrafında da müzakirələr aparılacaq.
Ənənəvi olaraq konfrans geniş mədəni təbir və təntənəli qəbulla başa çatır. --15С—
-
- İqtisadiyyat
- 15 Noyabr 2012 15:37
-
- İqtisadiyyat
- 15 Noyabr 2012 15:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz