NIKOIL BANK deputata qarşı iddia ilə bağlı məsələyə aydınlıq gətirib
Bir sıra KİV-də NIKOIL BANK-ın Milli Məclisin deputatı Rafael Cəbrayılov, Elşən Cəbrayılov, Rauf Cəbrayılov və Akif Amanaliyevə qarşı məhkəmə iddiasına dair səhv məlumat dərc edib. Bankdan verilən məlumata görə, informasiya agentliklərinin yaydığı səhv relizdə qeyd olunub ki, NIKOIL BANK Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı kassasiya şikayəti ilə müraciət edib və o təmin olunmayıb. Əslində isə Bakı Apellyasiya Məhkəməsinin 2012-ci il mayın 29-da NIKOIL BANK-ın xeyrinə çıxardığı qərara kassasiya şikayəti ilə bank deyil, cavabdehlər, yəni Rafael Cəbrayılov, Elşən Cəbrayılov, Rauf Cəbrayılov və Akif Amanaliyev müraciət ediblər. Onların şikayəti təmin olunmayıb və beləliklə noyabrın 13-də keçirilən AR Ali Məhkəməsinin Mülki Kollegiyasının iclasında cavabdehlərin kassasiya şikayətinin təmin olunmadığı qərarı çıxarılıb və əvvəlki məhkəmə instansiyasının Bankın xeyrinə çıxardığı qərar qüvvədə qalıb, - deyə məlumatda bildirilir.
NIKOIL BANK bank bazarında 1994-cü ildən fəaliyyət göstərir və bank xidmətlərinin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. -15D--
-
- İqtisadiyyat
- 15 Noyabr 2012 15:15
-
- İqtisadiyyat
- 15 Noyabr 2012 15:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz