Bakıda MDB və Baltikyanı ölkələrin XII İstiqraz Konqresi keçiriləcək
Bakı MDB və Baltikyanı ölkələrin XII İstiqraz Konqresinin 200-dək iştirakçısını qəbul edəcək. Konqres mayın 21-22-də keçiriləcək.
Rəsmi dəvətdə deyilir ki, (http://www.cbonds-congress.com/events/263/agenda), tədbirdə MDB ölkələrinin istiqraz bazarlarının problem və perspektivləri, avroistiqraz bazarında yeni tendensiyalar, lokal istiqraz bazarlarındakı vəziyyət müzakirə ediləcək.
Bu il bir çox MDB ölkələri, eləcə də Qafqaz regionunda inkişaf trendi verən yerli kapital bazarına xüsusi diqqət ayrılacaq.
İştirakçıları qeyri-formal proqram da gözləyir. Proqram və sponsorluq məsələləri ilə bağlı Moskvada Sabir Rzayevə (rzaev@cbonds.info, +7 (812) 336-97-21 *121), iştirak məsələləri ilə bağlı Yelena Mokritskayaya (elena@cbonds.info, +7 (812) 336-97-21 *104) müraciət etmək lazımdır. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz