Bakıda saxta elektrik kabeli istehsal edən daha bir sex aşkarlanıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində saxta elektrik kabeli istehsal edən daha bir sex aşkarlayıb. Sex fiziki şəxs Əlişov Ülvi Əbülfət oğluna məxsusdur. Bu barədə Turan-a İİN mətbuat xidməti məlumat verib. Mayın sonunda onlar Vaqif Quliyevə məxsus belə bir sex aşkarlamışdılar.
İİN-in məlumatında deyilir ki, kabellər əhaliyə “İEGE kablo”, “Ümid kablo”, “STS kablo” və “İES kablo” markaları adı ilə satılırmış. Sexdə istehsal olunan elektrik kabel və naqillərin müvafiq uyğunluq sertifikatı olmadan istehsal edildiyi, markalanma məlumatlarında isə məhsulların sertifikatlaşdırılması barədə yanlış məlumatların verildiyi məlum olub. Yoxlama zamanı aşkar edilmiş saxta 175 min metr elektrik kabel və naqillərin satışı dayandırılıb.
Fakt üzrə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Qanunvericiliyə əsasən, pozucunu cərimə və saxta məhsulun satışdan yığışdırılması cəzası gözləyir. 08D
-
- İqtisadiyyat
- 5 İyun 2013 16:31
-
- Sual-cavab
- 5 İyun 2013 16:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz