Baku Steel Company tikinti prokatı istehsalına hazırlaşır
«Baku Steel Company» MMC 2012-ci ilin ikinci yarısında bazardan bütün tikinti prokatı istehsalçılarını sıxışdırandan sonra tikinti prokatı istehsalına başlayır. Yaxın vaxtlarda Dərnəgüldə künclük, şveller, ikitavr və katanka istehsalına başlanacaq.
BSC-də Turan-a bildiriblər ki, müəssisə ildə 150 min ton metal prokatı istehsalını planlaşdırır. Beləliklə, müəssisənin gücü 500 min tona çatacaq. Müəssisənin 3-32 mm və 6-12 m uzunluğunda 350 min ton tikinti armaturu istehsalı imkanı var. BSC nominal olaraq “Bakı Poladtökmə” ASC-ni idarə edir. «DHT Metal» MMC də BSC-yə məxsusdur.
Baku Steel Company MMC 2001-ci ilin mayından fəaliyyət göstərir. Müəssisədə 3600 nəfər işçi çalışır. Bakı və Gəncədə yeni metallurgiya müəssisələri tikməyi planlaşdırır. Digər metallurgiya müəssisələrinə qarşı aqressiv siyasət yürüdür və ölkənin biznes dairələrində mənfi imicə malikdir. 08B
-
- Cəmiyyət
- 15 Aprel 2013 12:31
-
- İqtisadiyyat
- 15 Aprel 2013 12:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz