İsveçrə Azərbaycanla iqtisadi əməkdaşlıq potensialı ilə maraqlanır
İsveçrə Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır. Hər iki ölkənin bunun üçün potensialı var. Bunu aprelin 12-də iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşdə Azərbaycanda səfərdə olan İsveçrənin Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan Şnayder-Amman bildirib.
İİN-in mətbuat xidməti məlumat verir ki, isveçrəli nazir iş adamlarını bu potensialdan yararlanmaqla işgüzar əlaqələri daha da genişləndirməyə dəvət edib.
İİN rəhbəri isə ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın rolundan danışıb. Bu münasibətlər üçün hüquqi əsas da var: 29-dan çox dövlətlərarası saziş imzalanıb.
Azərbaycanda İsveçrə kapitallı 70-dən çox şirkət qeydiyyata alınıb. Bu şirkətlər Azərbaycan iqtisadiyyatına 877 mln ABŞ dolları həcmində investisiya yatırıb. Onların arasında “Holcim” xüsusi yer tutur. Azərbaycan şirkətləri də İsveçrə iqtisadiyyatına maraq göstərir. ARDNŞ bu ölkəyə 380 mln İsveçrə frankı vəsait qoyub. İki ölkə arasında əmtəə dövriyyəsi ilin ilk 2 ayında 2,9 dəfə artıb, deyə Şahin Mustafayev bildirib.
Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ildə Azərbaycanla İsveçrə arasında əmtəə dövriyyəsi 40% azalaraq $215 mln olub. Azərbaycanın bu ölkə ilə əmtəə dövriyyəsində $51 mln mənfi saldo var. 08D
-
- İqtisadiyyat
- 15 Aprel 2013 12:34
-
- İqtisadiyyat
- 15 Aprel 2013 13:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz