İşçi qüvvəsinin qeydiyyatı genişləndirilir
Milli Məclis məcburi əməyə cəlb etməyə görə cinayət məsuliyyətini sərtləşdirəcək. İşəgötürənin əmək müqaviləsi bağlamadan məzdlu işçiyə qarşı hərəkəti oğurlamadan azadlıqdan məhrum etmə kimi şərh edilə bilər.
MM-in hüquq siyasəti komissiyası Cinayət Məcələsinə düzəliş üçün təşəbbüs irəli sürüb. CM-in 145 maddəsinə düzəlişdən sonra iş yerlərini gizlədən sahibkarlar 4 - 8 il (mövcud redaksiyada 2 ilədək islah işləri və ya 1 il həbs nəzərdə tutulsa da, tətbiq eidlmir) müddətinə azadlıqdan məhrum edilib. Təkrar baş verəndə, yeniyetmə, hamilə qadın işə cəlb ediləndə və ya bir qrup şəxs əlbir olub bunu zorakı yolla edərsə, onları 7-10 il həbs gözləyir. Mövcud redaksiyada bu müddət 3-5 ildir.
Əgər məcburi işə cəlb edilən şəxs ehtiyatsızlıq nəticəsində ölərsə və ya ağır xəsarət alarsa, cəza 10-12 il (mövcud redaksiyada 5-10 il) olacaq.
Qanunvericilər CM-in 106 maddəsini unudublar. Onun praktik tətbiq edilməməsi üzündən bir çox borclular kreditordan uzunmüddətli asılılığa düşür. Onlar ya ölkə xaricinə çıxarılır, ya da ölkə ərazisində istismar edilir. Qul saxlamaq üçün Azərbaycanda cəza 5-12 ildir. --17D--
-
- İqtisadiyyat
- 15 Aprel 2013 12:40
-
- Siyasət
- 15 Aprel 2013 13:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz