«Baku Steel Company»də ölüm hadisəsi
“Baku Steel Company” MMC-nin istehsal sahəsində ölüm hadisəsi baş verib.
Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, dünən zavodun tavanında təmir işləri aparan fəhlə, 1985-ci ildə Qafarov Qadir Akif oğlu hündürlükdən yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma – ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bu, poladəritmə zavodunda ilk bədbəxt hadisə deyil. Onalrın çoxu KİV-də əksini tapmır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ötən il bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlər 71 nəfər, xəsarət alanlar 120 nəfər təşkil edib.
Tikinti sektoru yenə peşə fəaliyyətinin ən təhlükəli sahələrindəndir. 2013-cü ildə burda 51 qəza olub, nəticədə 27 nəfər həlak olub. --17D–
-
- İqtisadiyyat
- 11 Fevral 2014 12:53
-
- Siyasət
- 11 Fevral 2014 13:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz