- İqtisadiyyat
- 15 May 2015, 14:49
- 102
Bank əmanətlərinin 92,3%-i Bakı sakinlərinindir
Bakı sakinləri bank əmanətləri üzrə liderdir. AMB-nin hesabatına əsasən, 1 aprel 2015-ci il tarixinə bankların əmanətlər üzrə portfeli 7 mlrd 782 mlrd manat təşkil edib. Bunun 7 mlrd 184 mln 492,8 min manatı
(92,3%) Bakı sakinlərindən cəlb edilib.
Bakıda əhalidən əmanətlər orta illik hesabla 8,2%-lə qəbul edilib, respublika üzrə bu göstərici 8,1% təşkil edib.
Devalvasiya və hökumətə etibar olmaması ilə bağlı xarici valyuta ilə əmanətlər 83,9% artaraq 4 mlrd 840 mln 292,7 min manat (paytaxt əmanətlərinin 67,4%-i) olub. Manatla əmanətlər I rübdə 41,6% azalaraq 2 mlrd 344 mln 200,1 min manat olub.
Bankların siyasəti də buna təsir edib – dollar və avro ilə əmanətlər 8,5%, manat əmanətləri 7,6%-lə qəbul edilib.
1 aprel 2015-ci il tarixinə Azərbaycanın regionlarında banklar əhalidən 597 mln 152,5 min manat məbləğində əmanət cəlb edib, bu isə ilin əvvəlinə olan göstəricidən 10,5% çoxdur.
Regionlarda daha çox Abşeron iqtisadi rayonunun əhalisi pullarını banklarda saxlamağa üstünlük verir. Abşeron iqtisadi rayonundakı banklarda əhalinin əmanətləri orta illik hesabla 8,7% dərəcəsi ilə 194 mln 528,4 min manat təşkil edir.--17D—
-
- İqtisadiyyat
- 15 May 2015 14:43
-
- Siyasət
- 15 May 2015 15:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz