Bank əmanətlərinin 93,6%-i bakılılarındır
Mərkəzi Bankın məlumatına görə, yanvarın 1-i üçün Bakı sakinlərinin bank əmanətlərinin həcmi 8 mlrd 867 mln 228,7 min manat (il ərzində + 33,4%) olub.
Demək, bank əmanətlərində paytaxt sakinlərinin xüsusi çəkisi 93,6%-ə çatıb. Bunun 86,4%-i xarici valyutadır (7 mlrd 657 mln 392,4 min manat ekvivalenti) və orta illik dərəcə 7,4%-dir (xarici valyuta ilə 7,6%, manatla 6,5%).
Regionlarda əhali banklara 606 mln 707,1 min manat (+12,2%) qoyub. Abşeron iqtisadi rayonunun sakinləri daha aktivdir (198 mln 516,4 min manat ekvivalenti, illik 8,2%).
Gəncə-Qazax iqtisadi rayonunda 145 mln 762,8 min manat ekvivalenti, illik 7,8%, Aran iqtisadi rayonunda 85 mln 418,4 min manat ekvivalenti (illik dərəcə 6,3%) əmanət qoyulub. Qalan rayonlarda əmanətçilər daha az aktivdir. --17D—
-
- İqtisadiyyat
- 10 Fevral 2016 12:35
-
- İqtisadiyyat
- 10 Fevral 2016 13:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz