Kapital çıxarılmasına məhdudiyyətlər ləğv edilir
Prezident İlham Əliyev yanvarın 19-da qəbul edilmiş “Valyuta tnizmlənməsi haqqında” qanunu Milli Məclisə qaytarıb.
Prezidentin iqtisadi islahatlar üzrə köməkçisinin xidmətinin məlumatında bildirilir ki, dövlət başçısı sahibkarların və investorların çoxsaylı müraciətlərini nəzərə alınaraq sənədi geri qaytarıb.
Xatırladaq ki, düzəlişlərin mahiyyəti xaricə vəsait keçirilməsinin məhdudlaşdırılmasından ibarət idi. Belə ki, 50 min dollardan çox investisiya, daşınmaz əmlak alınması məqsədilə pul köçürmələrində həmin məbləğin 20%- tutulurdu.
Parlamentin deputatı Fazil Qəzənfəroğlu prezidentin bu addımını düzgün adlandırıb. Onun sözlərinə görə, öncə dövlət başçısı “düzgün məlumatlandırılmayıb” və kapital çıxarılmasına məhdudiyyətin qoyulması investorları qorxudub.
F.Qəzənfəroğlunun fikrincə, çox güman ki, parlament öncə qəbul olunmuş qərarı ləğv edəcək.–16D06-
-
- İqtisadiyyat
- 10 Fevral 2016 12:00
-
- İqtisadiyyat
- 10 Fevral 2016 12:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz