"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının II iclasın fevralın sonunda olacaq
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclası fevralın 29-da Bakıda keçiriləcək.
Energetika Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, Bolqarıstan, İtaliya, Böyük Britaniya ,Serbiyanın energetika nazirləri, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi, TANAP və TAP konsorsiumlarının rəhbərlərinə dəvət göndərilib.
Bundan başqa, dəvət edilənlər sırasında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, beynəlxalq maliyyə institutlarının rəhbərləri (Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İnvestisiya Bankı) var.
Əvvəllər energetika naziri Natiq Əliyev məlumat verib ki, Məşvərət Şurasının ikinci iclasında layihənin həyata keçirilməsinin gedişi və görülən işlər müzakirə ediləcək.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının I iclası 2015-ci ilin fevralında Bakıda keçirilib.
* SGC layihəsi “Şahdəniz 2” qazının Türkiyədən Avropaya nəqlini nəzərdə tutur. Layihə çərçivəində 3 qaz kəməri çəkiləcək: Azərbaycanda Cənubi Qafqaz qaz kəməri və Gürcüstan ərazisində kəmərin genişləndirilməsi, Türkiyədə TANAP və Avropada ТАР. –12D--
-
- Cəmiyyət
- 10 Fevral 2016 11:52
-
- İqtisadiyyat
- 10 Fevral 2016 12:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz