«Bank of Azerbaijan» ASC müflis elan edildi
1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Bank of Azerbaijan” ASC-ni müflis elan edib və iflas prosedurunu başlayıb.
Bankın müflis olması haqqında qətnamə fevralın 1-ində çıxarılıb. Bu haqda məlumatı Vergilər Nazirliyi yayıb.
Məlumatda deyilir ki, “Əmanətlərin Sığortalanması Fondu” ləğvedici təyin edilib.
Müflis elan edilmiş banka qarşı tələblərin qeydiyyatı başlanıb və proses aprelin 5-dək davam edəcək.
Yanvarın 18-də Mərkəzi Bank “Bank of Azerbaijan” ASC-nin bank lisenziyasını ləğv edib. Səbəb kimi məcmu kapitalın minimum məbləği tələbinə əməl etməməsi, məcmu kapitalın adekvatlıq əmsalının 3 faizdən az olması, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi və s. göstərilib.
“Bank of Azerbaijan” 1993-cü ilin dekabr ayından bank bazarında idi. Onun səhmlərinin nəzarət zərfinə iş adamı Hafiz Məmmədovun iki oğlu sahiblik edirdi. 08D
-
- Cəmiyyət
- 11 Fevral 2016 14:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz