Bank of Baku devalvasiya günü müştərilərin tranzaksiyasına görə fərqi ödəyir
«Bank of Baku» ASC məzənnənin dəyişməsi nəticəsində əlavə silinmiş məbləğləri geri qaytarır.
Bankdan verilən məlumata görə, 2581 tranzaksiya müştərilərə geri qaytarılıb, onların mobil telefonlarına bu barədə SMS göndərilib. Xatırladaq ki, xarici valyutalar ilə 21 fevraldan əvvəl plastik kartlarla ödəniş edən lakin bankların hesablaşması 21 fevraldan sonra olan müştərilərin borclanmasında məzənnəyə görə təbii artım yaranıb. «Bankın ticarət müəssisəsini xidmət edən tərəfdaşla hesablaşdığı günün məzənnəsinə uyğun olaraq hesablaşıb. Müştərilərinə daim dəyər verən, onların məmnuniyyətini üstün tutan Bank of Baku çoxsaylı müraciətləri nəzərə alaraq bu fərqləri öz hesabına geri qaytardı», - deyə məlumatda bildirilir.
İzahatda deyilir ki, Bütün beynəlxalq ödəmə kartlarının şərtlərinə əsasən, müştərilərlə hesablaşma, Bankın ticarət müəssisəsini xidmət edən Bankla hesablaşdığı günün məzənnəsinə uyğun olaraq, banka göndərilən maliyyə məktubu əsasında aparılır. Yəni, müştəri ödəniş etdiyi gün ödənişi özünün xidmət olunduğu bank tərəfindən qəbul edilsə də, Bank xarici Bankla hesablaşmaq üçün maliyyə məktubunu gözləyir. Bu məktub 45 günədək göndərilə bilər və göndərildiyi günün məzənnəsinə uyğun hesablaşma aparılmalıdır. Bu dünya təcrübəsidir və bütün bankların plastik kartları ilə əməliyyatlar eyni qaydada aparılır. --17D—
-
- Siyasət
- 13 Mart 2015 12:55
-
- İqtisadiyyat
- 13 Mart 2015 14:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz