Azercell sosial məsuliyyətdə liderdir
Azercell Telecom şirkəti yenə Facebook səhifəsi vasitəsi ilə istifadəçilərin müraciətinə cavab evrməkdə liderdir. .
Şirkətin press-relizinə əsasən, fevralda 100% göstərici əldə edilib. Bu isə ölkədə bütün ticarət markalarının göstəricilərindən yüksəkdir. Xatırladaq ki, Azercell dəfələrlə, onlayn müştəri xidmətləri sahəsində rekord göstəricilərə nail olaraq "Socialbakers" beynəlxalq tədqiqat təşkilatından "Socially devoted" (Sosial sədaqətli) sertifikatına layiq görülüb.
Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb. Onu da qeyd edək ki, sosial şəbəkələrin monitorinqini keçirən məşhur "Socialbakers" şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur.
Hazırda Azercell-in rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 400 000 nəfəri ötüb və bu rəqəm gündən-günə artmaqdadır.
Azercell həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operator olub. --17D—
-
- İqtisadiyyat
- 13 Mart 2015 14:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz