Bank Silk Way Contact sisteminə qoşulub
"Bank Silk Way" ASC "Contact" beynəlxalq sürətli pul köçürmələri sisteminə qoşulub.
Sistemin saytının verdiyi məlumata görə, komissiya məbləğdən və ölkədən asılı olaraq 0,75%-dən başlayaraq artır. Maksimal göndəriş məbləği 350 min rubl və ya 10 min ABŞ dolları/avrodur.
Contact sistemi çərçivəsində pul göndərişi və qəbulu bir neçə dəqiqə çəkir və 100 ölkəni əhatə edir.
Bu ilin ərzində sistemə Expessbank və AFBBank da qoşulub. Beləliklə, Contact-ın Azərbaycandakı tərəfdaşları 34-ə çatıb.
Hazırda Bank Silk Way Wester Union, Leader, PrivatMoney, Migom, Faster, Caspian Money Transfer və "Bıstraya poçta" beynəlxalq sürətli pul köçürmələri sistemləri çərçivəsində işləyir. –15B--
-
- Siyasət
- 14 Noyabr 2012 12:07
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 12:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz