Bank Technique-nın növbəti innovasiyası
“Bank Technique” ASC müştərilərə bankomat və ya “Şəxsi Kabinet” funksiyası vasitəsilə hesaba mədaxil imkanı yaradıb.
"AzeriCard" prosessinq mərkəzinin məlumatında deyilir ki, artıq hesablara vəsaitlərin mədaxil olunması üçün Banka gəlməyə ehtiyac yoxdur. İndi “Bank Technique”də xidmət olunan hesablara ödəniş (plastik) kartına sahib olan istənilən şəxs bankomatlar (ATM) və ya online.banktechnique.az saytındakı “Şəxsi Kabinet” funksiyası vasitəsilə pul mədaxilini edə bilər. Bu cür əməliyyatlardan həm kreditlərin ödənişi, həm də şəxsi koçürmə və ya hesabın möhkəmləndirilməsi məqsədilə yararlanmaq olar.
Xidmətdən ATM vasitəsilə faydalanmaq üçün ATM-in menyüsunda “Ödənişlər”, daha sonra “Bank xidmətləri” bölməsinə keçmək, ödəniş təyinatı növlərindən birini seçmək, müvafiq bank hesabı nömrəsini və mədaxil olunan məbləği daxil etmək yetərlidir.
“Hesaba mədaxil” xidmətindən online.banktechnique.az saytı vasitəsilə istifadə etmək üçün isə “Şəxsi Kabinet”də qeydiyyatdan keçmiş istənilən müştəri, eyni adlı bölməyə daxil olub, hesab nömrəsini axtarışa verir. Əgər Bankda bu hesab nömrəsi varsa, köçürülən məbləğ, onun valyutası və ödəniş təyinatını daxil etmək vacibdir.
Xidmət üzrə komisyon haqq 0.1% (minimum, 0.20 AZN) təşkil edir. Əməliyyatlar, saat 18:00-dan sonra və qeyri-iş günləri aparıldıqda, vəsaitlər hesaba növbəti gün mədaxil olunur. —15D--
-
- Cəmiyyət
- 19 İyul 2013 14:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz