BEST üzvü olan sığorta şirkətləri üçün kurs
Sığortaçılar hərracların birja elektron sisteminin MONEY-MARKET pul bazarına daha geniş cəlb olunacaq.
Bakı Banklararası Valyuta Birjasının rəhbəri Fərhad Əmirbəyovun sözlərinə görə, Ateshgah Sigorta və Buta Sigorta ilə saziş kömək edəcək. Birja treyderlər üçün praktik kurslar təşkilini planlaşdırır. Burda bütün şirkətlərin əməkdaşları iştirak edə biləcək.
Sığorta şirkətləri bunun üçün proqram təminatını instalyasiya etməli, xüsusi hesab açmalıdırlar. Şirkətlər işləmək istədikləri banklar ilə ticarət limitini müəyyən etməlidirlər. Çünki birja sığorta şirkətləri üçün güzəşt etməyəcək, – deyə Əmirbəyov bildirib.
Onun sözlərinə görə, onların əməliyyatından komisyon haqqı əqd üzrə gəlirin yüzdə biri qədər olacaq.
"Sığorta şirkətləri Azərbaycan bankları üçün vacib likvidlik tədarükçüsüdür. Sığorta şirkətləri isə operativ şəkildə və ən yaxşı dərəcə ilə müvvəqqəti sərbəst vəsaitləri yerləşdirmək imkanı əldə edir", - deyə Fərhad Əmirbəyov bildirib. --17D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz