Beynəlxalq Bank kredit dərəcəsini azaldıb
Azərbaycan Beynəlxalq Bankı istehlak kreditlərinin faiz dərəcələrini 19%-dək azaldıb. Qərar yeni fəaliyyət strategiyasına uyğun olaraq qəbul edilib, deyə bankın mətbuat xidməti bildirir.
Faiz dərəcələrinin azaldılması həm Azərbaycan Beynəlxalq Bankının maaş və ya pensiya kartına sahib olan müştəriləri, həm də Bankın yeni müştəriləri üçün nəzərdə tutulmuş kredit məhsullarını əhatə edir. Kreditlər 12 aydan 36 ayadək müddətə verilir. Kreditin məbləği və faiz dərəcələri məhsulun növündən və müddətindən asılı olaraq dəyişir.
Bankın maaş və ya pensiya kartı sahibləri maksimum 15 min, yeni müştəriləri isə 10 min manatadək kredit ala bilərlər. Kreditin rəsmiləşdirilməsi zamanı cəmi 1% komisyon haqqı tutulur. Kreditlər Azərbaycan Beynəlxalq Bankının bütün filiallarında verilir.
Bu il yanvarın 1-i üçün ABB-nin müştəriləri 9 688 hüquqi və 637 720 fiziki şəxsdir.
«Azərbaycan Beynəlxalq Bankı» ASC 1992-ci ildə yaradılıb. Ölkədə geniş filial şəbəkəsi, Gürcüstan və Rusiyada törəmə bankları var. Dövlət Maliyyə Nazirliyinin şəxsində bankda 51,7% səhm sahibidir. 08D
-
- Cəmiyyət
- 10 Sentyabr 2015 14:36
-
- İqtisadiyyat
- 10 Sentyabr 2015 14:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz